2017-ci ilin dövlət büdcəsi layihəsinə əsasən gələn il Azərbaycanın müdafiə və təhlükəsizlik sahəsindəki xərcləri açıqlanıb.
Nazirlər Kaninetinin açıqladığı məlumata görə, 2017-ci ildə ölkənin müdafiə xərcləri üçün 1.615.359.868.0 manat nəzərdə tutulub.
Bu məbləğdən 1.486.905.140,0 manat müdafiə qüvvələrinə, 122.700.302,0 manat milli təhlükəsizliyə, 2.642.144,0 manatı müdafiə və təhlükəsizlik sahəsində tədqiqatlara sərf olunacaq.
Gələn ilin dövlət büdcəsində elmə ayrılan xərclər 125.318.640,0 manatdır.
Təhsilə ayrılan pulun məbləği isə 1.859.499.497,0 manatdır.
Gələn ilin dövlət büdcəsindən səhiyyə sahəsinə 775.785.130,0 manat ayrılması nəzərdə tutulub.



