Toy karvanı qəzaya uğradı: ölən var

qeza-polis-mashiniGöygöl rayonunda toy maşın karvanı qəzaya uğrayıb.

Rayonun Yeni Qızılca kəndində toy karvanında hərəkət edən “Niva” markalı avtomobil “VAZ 2107” markalı avtomobilə toqquşub.

Qəza nəticəsində 1 nəfər ölüb, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır. (apa)