“Mərkəzi Bankı FETÖ-dən təmizlənməlidir”

erdogan-yeni1Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan daha bir qurumda FETÖ-çülərin işinə xitam verilməli olduğunu açıqlayıb.

Türkiyə mətbuatının məlumatına görə, prezident bildirib ki, ölkənin bir çox qurumlarında olduğu kimi, Mərkəzi Bankda da müvafiq “təmizləmə işləri” aparılmalıdır: “Türkiyə Mərkəzi Bankını (TCMB) Fətullah Gülənin havadarlarından təmizləmək lazımdır”.