Sentyabr ayında valyuta hərracında 612 milyona yaxın dollar satılıb ki, bu da yanvardan sonra ən yüksək göstəricidir. Bunu iqtisadçı Samir Əliyev bildirib.
Onun sözlərinə görə, yanvar ayında satılan dolların həcmi 1 milyardan çox olsa da, sonralar azalma müşahidə edilib:
“Ən az satış aprel ayında olub – 263 milyon dollar. 2016-cı ildə ümumilikdə valyuta hərracı vasitəsilə 4,6 milyard dollar satılıb.
Bunun təxminən 3,8 milyard dolları Neft Fondu, 833 milyon dolları Mərkəzi Bank tərəfindən satılıb. Mərkəzi Bank hətta aprel-may aylarında 200 milyon dollardan çox alış da edib”.



