Sumqayıt Apellyasiya Qənimət Zahidin qohumları Rüfət və Rövşən Zahidovların işi üzrə ilkin baxış iclası baş tutub. Keçən məhkəmə prosesində müdafiəçilər həbs qətimkan tədbirinin dəyişdirilməsi, məhkəmənin istintaqla aparılması barədə vəsatətlər vermişdi. Dövlət ittihamçısı vəsatətlərə münasibət bildirmək üçün vaxt istəmişdi. Bu gün isə vəsatətlərin təmin olunmamasını istəyib. Vəkillər bir daha ilkin məhkəmə zamanı çəkişmə prinsipinin pozulduğunu məhkəmə kollegiyasının nəzərinə çatdırıblar. Hakim qısa müşavirədən sonra vəsatətlərin təmin olunmamasını elan edib.
Yekun baxış iclasını sentyabrın 28-nə təyin etsələr də, həmin gün prosesin baş tutmayacağını qeyd edib prosesin oktyabrın 14-də davam etikilməsini bildiriblər.
Prosesdən sonra vəkillər Tahir Xanəliyev və Bəhruz Bayramov Azadliq.info-ya bildiriblər ki, ilkin qərardan şikayət verməyəcəklər. Bunu işin sifariş olması, Rüfət və Rövşən Zahidovların həbsinin Qənimət Zahidin fəaliyyəti ilə bağlı ona təzyiq vasitəsi kimi olduğundan düzgün araşdırma aparılmasına inamlarının olması ilə əlaqələndiribilər.

Qənimət Zahidin qohumlarının vəkillərinin vəsatəti təmin olunmadı
•


