Fransa prezidenti Fransua Olland Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanı öz ölkəsində qəbul etməyə hazır olduğunu bəyan edib.
Bu barədə Olland Sarkisyana ünvanladığı məktubda bəhs edib.
“İcazə verin, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə ədalətli və stabil həllinə sadiqliyimi təsdiqləyim. Bu çox uzun müddət davam edən münaqişədə irəliyə doğru addım atılması məqsədilə tədbirlər planını müzakirə etmək üçün Azərbaycan və Ermənistan prezidentlərini Parisdə qəbul etməyə hazıram”, – deyə məktubda qeyd olunub. (AzNews.az)



