Gömrük orqanları büdcə proqnozunu 89% yerinə yetirib

gomruk-komitesi1Bu günə olan məlumata görə, gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə 1,6 mlrd. manat daxil olub. Bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.

Onun sözlərinə görə, bu, rəhbərlik etdiyi qurumun büdcə proqnozundan 200 mln. manat, yəni təqribən 11% azdır.

A.Əliyev onu da bildirib ki, DGK “Tax-free” rejiminin bütün gömrük-keçid məntəqələrində tətbiqinə hazırdır: “Lazım olsa, biz bunu tətbiq edə bilərik”. (Report)