Biləsuvarın Arazvari kənd sakinləri İltizam Zərbəliyev və İlham Zərçayev bu rayonun icra başçısı Mahir Quliyevə müraciət edib. Onlar müraciətin bir surətini də “Azadlıq”ın redaksiyasına göndərib. Aeazvari kən sakinlərinin şikayəti elektrik enerjisi ilə bağlıdır. İltizam Zərbəliyev və İlham Zəyçayev yazir ki, onlar və qonşuluqlarında yaşayan şəhid ailəsi işıqsız qalıb. Şikayətçilərin sözlərindən belə məlum olur ki, problem xroniki xarakter daşıyır. Hər halda şikayətçilərlə bu problemlə bağlı 3 dəfə icra başçısının qəbulunda olduqlarını bildirirlər. Şikayətçilər deyir ki, hər 3 görüşdə icra başçısı işıq idarəsinin rəisinə iradlarını bildirdikdən sonra işıqları verilib. “Lakin işıq idarəsinin müdiri Abduləzimov Qəşəm Əziz oğlu adlı şəxslə birgə bizi yenə işıqsız qoyub. Sonuncu dəfə müdir mənə zəng edib Qəşəmin adını və sayğacının kodunu verdi və tələb etdi ki, onun hesabına 90 manat köçürüm. Oğlum da pulu köçürüb qəbzi özündə saxladı. Amma bir neçə gün sonra Qəşəmin oğlu dövlətə məxsus qonşum olan şəhid ailəsinə məxsus 14-15 metr uzunluğunda kabeli kəsib götürüblər”.
Müraciətdə deyilir ki, İltizam Zərbəliyev bu hadisənin şahidi olub: “Onlar özləri də bu törətdikləri əməli təsdir edir və “əcəb eləmişik” deyirlər.
Mahir müəllim, maraqlıdır ki, işıq idarəsinin rəisi sizin göstərişlərinizin əksinə olaraq problemi həll etmir, bizə, qonşuluğumuzda yaşayan şəhid ailəsinə hörmətsizlik edir. İşıq idarəsini rəisi şəhid ailəsinin işıqsız qalmasına görə utanc hissi keçirmirmi?”
Şikayətçilər icra başçısından problemi diqqətdə saxlamağı, həmçinin işıq idarəisinin müdiri ilə Qəşəm Abduləzimovun fəaliyyətinin ciddi araşdırılmasını xahiş edir.
“Azərişıq”ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məsələyə münasibət bildirib. O, “Azadlıq”a deyib ki, problemin “Azərişıq”a aidiyyatı yoxdur. “Burada özəl transformatordan söhbət gedir və məsələnin “Azərişıq”a aidiyyəti yoxdur. Bu sadəcə qonşular arasında olan mübahisədir. Həmin sakinlər “Azərişıq”a müraciət edərlərsə, qanun çərçivəsində, texniki-şərt verilməklə problem həll oluna bilər. Amma kimsə özəl transformator işlədirsə və kiməsə bundan istifadəyə icazə vermirsə, biz hyeç nə edə bilmərik”, – deyə Tanrıverdi Mustafayev bildirib.



