Bu ilin 8 ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 11 mlrd. 330 mln. dollar təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 25% azdır. Bu barədə sentyabrın 16-da Dövlət Gömrük Komitəsi məlumat verib.
Yanvar-avqust aylarında Azərbaycandan mal ixracı (($5 mlrd. 790 mln.) 37% azalıb. Mal ixracının həcmi dəyər ifadəsində ixrac göstəricisinə yaxınlaşıb və $5 mlrd. 540 mln. (-6,2%) təşkil edib.
Apreldən mal idxalının həcmi ayda $710-$780 mln. civarındadır. Avqustda idxal iyul ilə müqayisədə 72 mln., ixrac isə $501 mln. artıb.
İlin əvvəlindən neft sektorunun xüsusi çəkisi idxalda 87% (2015-ci ildə 88%) təşkil edib.
Qeyri-neft mallarının idxal həcmi ixracının həcmi bu il $755,7 mln. təşkil edib. 2015-ci ilin yanvar-avqust ayları ilə müqayisədə $338,6 mln. azalıb.



