Tovuzda qadını qətlə yetirən şəxs saxlanılıb.
24 yaşlı İbrahimova Aytəkin Ədalət qızını boğazını kəsərək öldürən şəxs onun həyat yoldaşı, Alakol kənd sakini, 1985-ci il təvəllüdlü Hüseynov Taleh Aydın oğludur.
Taleh Hüseynov artıq polis əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, qətl ailədaxili münaqişə zəminində baş verib.
Ailənin iki övladı olub.
***
Tovuz rayonunda dəhşətli qətl hadisəsi baş verib. Hadisə rayon avtovağzalı ərazisində baş verib.
Tovuz rayonu, Alakol kənd sakini, 1992-ci il təvəllüdlü İbrahimova Aytəkin Ədalət qızı boğazı bıçaqla kəsilərək qətlə yetirilib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar. (APA)




