PKK ilə atışmada iki türk hərbçisi həlak olub

pkkSentyabrın 17-də Türkiyənin Hakkari vilayətində hərbçilərlə PKK terrorçuları arasında atışma olub.

Atışmada 2 türk hərbçisi həlak olub, 4 hərbçi yaralanıb. 5 terrorçu öldürülüb.

Bundan sonra ordu havadan da daxil olmaqla bölgədə genişmiqyaslı əməliyyatlara başlayıb.