Müsavat Partiyasının mitinqinə icazə verildi

musavat-pBakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının sentyabrın 18-də Bakı şəhəri, Yasamal rayonu, keçmiş “Məhsul” stadionunda keçirmək istədiyi mitinqə razılıq verib.

Bu barədə APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib.

Mitinq saat 15:00-dən 17-00-dək keçiriləcək.