İnsanlarımızın mübarizə əzmi hakimiyyətin bütün süni maneələrini aşacaq

cemil-hesenli-itv1Dostlar! Bu gündən yeni dərs ilinin başlanması ilə əlaqədar paytaxtda yarana biləcək nəqliyyat sıxlığının qarşısının almaq bəhanəsi ilə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının ötən ilki qərarına əsasən regionlarında qeydiyyatda olan avtomobillərin Bakıya girişinə məhdudiyyət qoyub. Verilən məlumata görə bu məhdudiyyət oktyabrın 1-nə qədər qüvvədə olacaq. Maraqlı sual yaranır: niyə məhz oktyabrın 1-nə qədər? Bəyəm oktyabrın 1-i dərslər başa çatır və ondan sonra avtomobillərin sıxlığı aradan qalxır? Əslində, dərslərin başlanması bəhanəsi ilə bu gün tətbiq olunan bu məhdudiyyət regionlardan müxalifətin mitinqlərinə gələn vətəndaşların qarşısını almaqdan ötrüdür. Bir tərəfdən Bakı İcra Hakimiyyəti mitinqlərin keçirilməsinə öz razılığın bildirir, digər tərəfdən belə süni yollarla hakimiyyət dinc mitinqlərin kütləviliyinin qarşısını almağa çalışır. Fikrimizcə, 11 sentyabrı yaşamış insanlarımızın mübarizə əzmi hakimiyyətin bütün süni maneələrini aşacaq və 17 sentyabrda millətimiz “Məhsul” stadionunda bir daha öz iradəsini nümayiş etdirəcək, öz sözünü deyəcəkdir. 17 sentyabrda, gündüz saat 3-də hər kəs Milli Şuranın mitinqinə dəvətlidir.