Yaxud, pərtlikdən doğan sərtlik
Milli Şuranın 11 sentyabr mitinqi xeyli suallara aydınlıq gətirdi, xeyli tərəddüdlərə son qoydu. Tam əminliklə demək olar ki, 11 sentyabr mitinqi son 10 ilin ən güclü mitinqi idi və bunu vicdanı olan hər kəs təsdiqləyir. Təbii ki, uzun illərin repressiyalarından , qorxu maşınının işə salınmasından, anti-mitinq təbliğatının aparılmasından sonra hökumət belə mitinq gözləmirdi. Hökumət əmin idi ki, mitinq fiaskoya uğrayacaq və müxalifət arqumentsiz qalacaq. Bu mənada Milli Şura sentyabrın 11-də yeni bir tarix yazdı.
Amma adı tarixə qara hərflərlə yazılanlar bu dəfə də “ənənə”lərdən imtina edə bilmədilər. Düzdü, bu dəfə “mitinqidə 500 adam var idi” təbliğatı işləmədi. Çünki, meydan tamam dolmuşdu və yalanın ayaq tutmasına da imkan yox idi. Amma həmişəki kimi “mitinq fiaskoya uğradı” şüarı ilə silahlanıblar. Hökumətin mandat daşıyanları, rejim mətbuatı ard-arda 11 sentyabr əleyhinə təbliğat aparırlar.
Məsələ burasındadır ki, 11 sentyabr mitinqinin fiaskoya uğradığını iddia edənlərin, özləri fiaskoya düçar olublar. Bəli, hökumət mətbuatında mitinq əleyhinə yazılan yazıların ümumi oxunuş sayı 200-300 arasındadır. Amma təkcə “azadlıq.info” saytında mitinq materialının oxunma sayı 100 mindən çoxdur. Deməli, ölkə vətəndaşları şərin moizəsinə yox, xeyirin azadlıq himninə qulaq asır.
11 sentyabr mitiniqini “şərh” edən rejim analitikləri o qədər pərt vəziyyətə düşüblər ki, “mitinqdə FETÖ və radikal islamçı rəngi” başlıqlı məqalə yazıblar.
Əvvəla, bütün faktlar göstərdi ki, gülənçilər hökumət komandasında əyləşib və bu gün də güc sahibidilər. Məhz buna görə də hökumət həqiqi gülənçilərə qarşı mübarizə apara bilməyib, əzəli rəqibləri hədəf seçdi. Yəni, ölkə və dünya ictimaiyyəti bildi ki, hökumət gülənçi şəbəkəylə sıx əlaqədədir və Türkiyə hökumətini aldatmaqla məşğuldu.
İslamçılara gəlincə, inanclı insanlar da bu ölkənin vətəndaşlarıdı. Bu gün onlarla inanclı insan qondarma ittihamlarla həbs olunub və bu adamları müdafiə etmək hər bir vicdanlı insanın borcudur. Digər tərəfdən Azərbaycan müsəlman ölkəsidir və mitinqdə inanclı insanların iştirakı təbiidir. Əslində, hökumətin mitiniq əleyhinə təbliğatda istifadə etdiyi bu “arqument”, hökumətin “biz tolernatıq” təbliğatını da darmadağın edir. bu hökumət vətəndaşı ağlara-qaralara bölürş. Bunlar yalnız yaltağı, rüşvətxoru, saxtakarı vətəndaş hesab edirlər. Əgər bu inanclı insanlar YAP hakimiyyətini mədh etsəydi, AzTv-lər gecə-gündüz inanclı insanların vətəndaş mövqeyindən dəm vurardı.
Göründüyü kimi mitinqin kütləviliyi hökuməti elə pərt vəziyyətə salıb ki, mitinq əleyhinə təbliğatda vətəndaşı aşağılamaq yolu tutublar. Bəli, bu sərt anti-mitinq kampaniyası pərtlikdən doğub. Başa düşürlər ki, xalq narazıdır, hökumətin nüfuzu yoxdur və alternativ mövcuddur. Yəqin ki, 17-si mitinqində kütləvilik biraz da artsa, yeni şər kampaniyasına start verəcəklər.
Bir sözlə, hökumət komandası mitinqlərdən qorxuya düşüb və özünü düzəltmək əvəzinə, alternativləri əyməyə cəhd edirlər. Amma xalq öz taleyinə sahib çıxsa, meydanlara axışsa hökumət mütləq hesablaşcaq. Bu gün minlərlə insanı “Əli Kərimlinin qohumları”, “məhdud sayda narazılar” kimi təqdim edənlər, sabah onminlərlə insanı eyni formada tədqim edə bilməyəcəklər. Bəli, bu hökumətin bir mitinqlik dözümü də yoxdur. Yalnız bir uğurlu mitinq kifayət etdi ki, hökumət absurd təhlillər üzə çıxartsın, xalqa FETÖ-çü, radikal islamçı donu geyindirsin. Ona görə də sentyabrın 17-də xalq meydanlara axışmalı və hökumətin yalan donunu soyundurmalıdır.
Samir