ADR Milli Şuranın mitinqinə qoşulacaq

edalet_yusibovAzərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı sədrinin təşkilati məsələlər üzrə müavini Ədalət Yusubov Milli Şuranın sentybarın 17-nə planlaşdırdığı mitinqdə təşkilatın iştirak məsələsinə münasibət bildirib. Ədalət Yusubov azadliq.info-ya bildirib ki, Milli Şuranın sentyabrın 11-də keçirilən mitinqindən əvvəl ADR demokratik düşərgənin “Monarxiyaya yox. Talana son” şüarları altında keçirilən mitinqlərə dəstək vermək barədə qərar verib və üzvlərinə həmin aksiyalarda iştirakına şərait yaradıb. “Milli Şuranın sentyabrın 17-də keçiriləcək mitinqi də bu sıradadır. Yəni, ADR üzvlərinin bu aksiyada da iştirakına şərait yaradılıb”.