
Bu gün saat 12:30 radələrində Salyan şəhərində qətl hadisəsi törədilib. Təqribən 30-35 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlanıb.
Hadisəni törədən şəxs gizlənib. Zərərçəkənin şəxsiyyəti hələlik məlum deyil.
Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılsa da, yolda keçinib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır. (Report)



