Türkiyə Suriyanın Rakka şəhərində təkbaşına hərbi əməliyyata başlaya bilməz.
“Anadolu” agentliyinin verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, Rakka İŞİD-in Suriyadakı əsas bazasıdır. Bu şəhər İŞİD-dən təmizlənməyənə qədər terror təşkilatı Suriya və İraqda qalmaqda davam edəcək.



