Akif Çovdarovun məhkəməsinin keçiriləcəyi yer dəyişdirilib

covdarov-mehkeme2Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və nəqliyyat sahələrində təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun məhkəmə prosesinin keçiriləcəyi yer dəyişib.

A. Çovdarov və onunla birgə tutulan digər 4 sabiq MTN-çinin işi üzrə hazırlıq iclası sentyabrın 20-də saat 11.00-da Sabunçu rayon Məhkəməsinin inzibati binasında keçiriləcək. Cinayət işinə Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi, hakimlər Elbəy Allahverdiyev və Müslüm Əliyevin iştirakı ilə baxılacaq.

Məhkəmənin keçiriləcəyi yerin dəyişdirilməsinə səbəb isə Sabunçu rayon Məhkəməsinin inzibati binasında məhkəmə zallarının geniş və daha müasir şəraitdə təchiz olunması ilə bağlıdır. (APA)