iPhone 7 gəlir

iphoneyeniDünyanın maraqla gözlədiyi iPhone 7 mobil telefonu sentybarın 7-də ABŞ-ın San Fransisko şəhərində təqdim olunacaq.

Mərasim Bakı vaxtı ilə axşam saat 9-da başlanacaq.

Təqdimatdan qabaq adətən Apple yeni model haqda heç nə demir. Sızan məlumatlara görə, yeni model iPhone 6-dan bir qədər fərqli dizaynda və suya davamlı olacaq.

Britaniyanın Mirror qəzeti yazır ki, foto həvəskarları üçün iPhone 7 maraqlı olacaq. İPhone 7 ilə çox keyfiyyətli şəkillər və video çəkmək mümkün olacaq.

Məsələn iPhone 6 da şəkil çəkməyə yaxşıdır, ancaq işıq az olanda şəklin keyfiyyətinə çox təsir edir. Bu, yeni modeldə aradan qaldırılır.