Hakimiyyət mitinqə hazırlaşır

15mart2015-mitinqBu gün bir neçə rayondan redaksiyamıza hakimiyyətin rayonlarda mitinq hazırlıqlarına başlaması barədə məlumat daxil olub. Büdcə təşkilatı orqanlarına azı 1500-2000 nəfərin iştirakı ilə bir neçə referenduma dəstək mitinqlərinin təşkil olunması barədə göstərişlər verilib. Bu məsələdə əsas yük təhsil sistemində çalışanların üzərinə qoyulub. Artıq bir sıra rayonlarda təhsil işçilərinin ənənəvi konfransları keçirilməkdədir. Konfranslarda əsas mövzu antimüxalifət təbliğatı və referenduma dəstək mitinqlərinin keçirilməsidir. Artıq bəzi rayonlarda sentyarın 19-da mitinqlərin təyin olunması barədə məlumatlar var.
Mövzunu diqqətdə saxlayacağıq.