Balakəndə 5 bal gücündə zəlzələ olub

zelzeleAzərbaycanın şimal-qərb bölgəsində zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, zəlzələ bu gün saat 20.57-də Zaqatala rayonundan 19 km şimal-qərbdə, Balakən ərazisində qeydə alınıb. Zəlzələ Balakən ərazisində 4 bal, Zaqatala ərazisində  4 bala yaxın, episentrə yaxın ətraf rayonlarda isə 3 bala qədər hiss olunub.