İranda 800 mağaza bağlanıb

iran-magazaİran mediasının yazdığına görə, polis ölkə üzrə 800 mağazanı «qeyri-adi və uyğun olmayan» geyim satdığına görə qapadıb. Həmin geyimlərin Qərb stilində olduğu və sərt İslam qaydalarına uyğun gəlmədiyi güman edilir.

Sentyabrın 5-də yayılmış məlumatda deyilir ki, əvvəlcə 3 min 600-dən çox mağazaya xəbərdarlıq olunub. Bundan sonra 10 gün ərzində reydlər keçirilib.

İranda polis və dövlət televiziyası son həftələr «second hand» (ikinci əl) mallara qarşı kampaniya aparır, bu geyimlərin «qeyri-gigiyenik» olduğunu bildirirdi. Üstündə ingiliscə yazılar olan paltarlar də kampaniya hədəfində idi.

1979-cu il İslam İnqilabından sonra İranda islamçılar hakimiyyətə gəlib. O vaxtdan qadınların başdan-ayağa büründükləri geyimlər qüvvəyə minib. (azadliq.org)