ulduz fali

BÜRCLƏR – 06.09.2016

«AZADLIQ»IN RƏSƏDXANASI

QOÇ

Şəxsi münasibətlərdə müsbət dəyişikliklər istisna deyil. Yaxınlarınızla təmaslarda diqqətli davranın. Sevdiyiniz insanların istəklərini anlamağa çalışın. Ev işləri və məət qayğılarının çözülməsi üçün əlverişli zamandır.

BUĞA

Kulinar eksperimentlər etmək olar. Işdə uğurlar o qədər də önəmli olmayacaq. Fəqət ən kiçik irəliləyiş və ya nailiyyətiniz yaxın ətrafınızdakı bəzi insanların paxıllığına səbəb olacaq. Fəaliyyət göstərdiyiniz strukturda rəhbərliklə fikir ayrılığı istisna deyil. Münasibətləri korlamayın, ümumi məxrəcə nail olun.

ƏKİZLƏR

Günün ilk yarısında ehtiyatlı olun. Nəzərdə tutduğunuz görüşdə diqqətli davranın, qarşı tərəfin mövqeyini nəzərə alın. Işdə irəliləyiş və karyera yüksəlişi üçün münasib zamandır. Fəqət illüziyalara qapılmayın. Emosional davransanız, problemlərlə qarşılaşacaqsınız.

XƏƏNG

Peşəkar fəaliyyət və maliyyə məsələləri baxımından pis zaman deyil. Işgüzar intuisiyanız iti olsun. Alış-veriş etmək olar. Bədxərclik etməyin. Əməkdaşlıqla bağlı anlaşmaları müzakirə edəndə sayıqlığı əldən verməyin.

ŞİR

Münaqişələrdən yan qaçmağa çalışın. Sizi təxribatlara çəkməyə çalışacaqlar. Hisslərə qapılaraq düşünülməmiş addımlar atmayın. Həmkarlarla yanaşı, yaxınlarınızla rəvan münasibətləri qorumağı unutmayın. Üzləşdiyiniz problemi müstəqil çözsəniz, yaxşıdır.

QIZ

Yardımçılara və tərəfdaşlara güvənməyin. Onlar faydalı işlər görmək əvəzinə diqqətinizi yayındıracaqlar. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün aktiv olun.

TƏRƏ

Qəfil görüş ola bilər. Əyləncə və ya istirahəti işə qurban vermək məcburiyyətində qalacaqsınız. Sakit, təmkinli olun. Dincəlməyə, şənlənməyə hələ çox imkanlar yaranacaq.

ƏQRƏB

Tələsməyin. Bu gün qarşılaşacağınız problemlərin hamısını həll etmək mümkün deyil. Peşəkar fəaliyyət müstəvisində uğurlara nail olmaq fikriniz varsa, qətiyyətli olun, təxəyyülünüzü işə salın.

OXATAN

Çoxdankı rəqibləri üstələmək üçün bir qədər hiyləgərlik edin. Fəndgir olun. Günün ikinci yarısında məhsuldar əməkdaşlıq etdiyiniz insanlardan birindən maraqlı işgüzar təklif alacaqsınız. Şəxsi münasibətlər baxımından əlverişli zamandır. Yaxınlarınızla asanlıqla dil tapacaqsınız. Sevdiyiniz insan xoş sürprizlə sizi sevindirəcək.

OĞLAQ

Sizdən təcrübəli və nüfuzlu insanlarla toqquşmalardan yayının. Belə situasiyadan asanlıqla çıxmaq müşkül işdir. Üstəlik, münasibətlərdəki gərginlik əhvalınıza çox pis təsir edəcək.

DOLÇA

Müstəqil fəaliyyət göstərməyə çalışın. Günün ikinci yarısında görüş yaxşı nəticə verəcək. Çoxdan bəri maraqlandığınız insanda özünüzlə bağlı müsbət rəy formalaşdırın. Diqqət yetirilməyə layiq insanı kütlədən ayırmağı bacarın.

BALIQLAR

Parlaq, yaddaqalan gün olacaq. Amma asan və sadə zaman da deyil. Güclü rəqiblə mübarizədə maraqlarınızı müdafiə edin. Itkilərə yol verməmək üçün hiyləgər olun. Hadisələrə təsir imkanları olan insandan dəstək alacaqsınız.