Suriyada hökumət və kürdlərin nəzarət etdiyi ərazilərdə baş vermiş güclü partlayışlar nəticəsində ən azı 30 nəfər həlak olub, dövlət mediası xəbər verir.
Partlayışlar sahilyanı Tartus, mərkəzi Homs, Dəməşq və kürdlərin nəzarətində olan Hassaki şəhərlərində baş verib, məlumatda deyilir.
Əksəriyyət Rusiyanın Suriyadakı bazalarının yerləşdiyi Tartus şəhərində baş vermiş partlayışda həlak olub.
Şəhər sonuncu dəfə may ayında özünü İslam Dövləti (IŞİD) adlandıran qruplaşmanın həyata keçirdiyi bombalanmaya məruz qalmışdı.



