Türkiyə ordusu Suriyada ikinci cəbhə açıb

Türkiyə ordusu Suriya ərazisində “Fərat qalxanı” əməliyyatının sərhəddini genişləndirib. Türkiyə sərhəddindən Suriyaya daha bir tank və ağır arteleriya kolonu daxil olub. Kolonna Əl-Rai şəhərinə tərəf gedib.

Məlumata görə, Türkiyə Suriyaya M60T tanklarından əlavə Leopard tanklarını da göndərib. Bundan əlavə Suriya ərazisinə Kirpi minadan müdafiə maşınları da göndərilib. Yeni əməliyyat meydanı Türkiyə qoşunlarının Suriya sərhəddini keçdiyi ərazidən 25 km qərbdədir.

azadlıq.info