İslam Kərimov dəfn edilib

islam kerimovÖzbəkistan prezidenti İslam Kərimovla vida mərasimindən sonra cənazə dəfn ediləcəyi məzaradək çiyində aparılıb.

Vida mərasimi keçirilən Səmərqəndin Raqistan meydanından Şahi-Zinde kompleksinədək 2 km-dir.

Xəbərdə bildirilib ki, İslam Kərimovun qəbri XIX əsrdə tikilmiş Həzrəti-Xızır məscidinin yaxınlığındadır.

***

Səmərqənddə Özbəkistan prezidenti İslam Kərimovla vida mərasimi keçirilir.

Mərasimdə dövlət başçıları, xarici ölkələrin nümayəndələri, ölkə ictimaiyyətinin təmsilçiləri və jurnalistlər iştirak edirlər.

Məlumata görə, vida mərasimi Özbəkistan prezidentinin bu şəhərdəki iqamətgahında keçirilir.

Qeyd edək ki, İ.Kərimov Səmərqənddə tarixi Şahi-Zində qəbiristanlığında, ata-anasının qəbri yanında dəfn ediləcək. Son 20 ildə bu qəbiristanlıqda dəfn edilən olmayıb.