Hökumətin 2 milyard şərtinin arxasında nə dayanır?

dttEkspertə görə, hakimiyyət o vəsaiti tapana qədər Azərbaycan iqtisadiyyatı dağılacaq

Azərbaycan hakimiyyətinin maliyyə böhranı keçirdiyi və vəsait axtardığı dövrdə atdığı addımlar maraq doğurur. Azərbaycan Dünya Ticarət Təşkilatına (DTT) ölkədə kənd təsərrüfatına dəstək məqsədilə 1 milyard, işğal altındakı torpaqların azad edilməsindən sonra isə həmin ərazilərdə kənd təsərrüfatının bərpası üçün əlavə 1 milyard dollar ayrılmasını istəyib. Hökumətin bu təklifinə DTT-dən nə cavab veriləcəyi hələ bilinmir.

nemet-eliyev1

Iqtisadçı Nemət Əliyev hesab edir ki, hakimiyyətin bu addımları əsl niyyətə söykənməyib. Çünki hökumət il ərzində müxtəlif beynəlxalq təşkilatlara maliyyə üçün müraciət edib. Hazırda da DTT-yə müraciət olunub: “Belə görünür ki, Azərbaycan hakimiyyəti o vəsaiti tapana qədər Azərbaycan iqtisadiyyatı dağılacaq. Iqtisadiyyat sıradan çıxandan sonra o pulu o qədər tapsınlar ki, artıq bunun xeyri olmayacaq. DTT-dən pul istəmək məsələnin bir tərəfdir. Amma pulu verəndə müəyyən şərtlər də irəli sürüləcək. Hökumət onları qəbul edəcəkmi? Dünya Bankı niyə vəsait vermədi? Çünki hökumət onun şərtləri ilə razılaşmadı. Ölkədəki rüşvətxorluq, korrupsiya, özbaşınalıq aradan qalxmayınca beynəlxalq maliyyə təşkilatlarının Azərbaycana vəsait ayırması qeyri-mümkündür”.

N.Əliyevin sözlərinə görə, ölkədə normal investisiya mühiti yaradılmalıdır ki, söz deyəndə sözün yerə düşməsin. “Beynəlxalq təşkilatların Azərbaycanın reytinqini aşağı salmasının bəs nəticəsi olmamalıdır? Ölkənin reytinqinin aşağı düşməsi beynəlxalq maliyyə təşkilatları üçün əsasdır. Görəndə ki, ölkənin reytinqi aşağı düşüb, heç bir şərt çərçivəsində ona vəsait ayırmazlar”.

Xəyal