PKK terrorçuları ilə atışmada 4 türk hərbçi şəhid olub

turk esgerTürkiyənin Van əyalətinin Çaldıran rayonunda Tendürek dağı böləgəsində terrorçu PKK silahlıları ilə atışma nəticəsində bir çavuş, 3 kənd qoruyucusu şəhid olub, təhlükəsizlik xidmətinin 18 əməkdaşı yaralanıb.

Yaralı hərbçi və qoruyucular xəstəxanalara yerləşdirilib. Atışmada 20 terrorçu öldürülüb.

Məlumata görə, terrorçuların zərərsizləşdirilməsi üçün havadan zərbələrlə dəstəklənən əməliyyat keçirilir.