Dilma Roussefin impiçmenti əleyhinə etirazlar başlayıb
Hakimiyyət dəyişikliyindən sonra Braziliyanın şəhərlərində Dilma Roussefin həm tərəfdarları, həm də əleyhdarları tərəfindən çoxsaylı etiraz aksiyaları təşkil olunur.
San-Paulu şəhərində Dilma Roussefin impiçmenti əleyhinə keçirilən nümayişin iştirakçıları ilə polis arasında qarşıdurma yaranıb.
Qanun keşikçiləri keçmiş prezidentin tərəfdarlarına qarşı gözyaşardıcı qazdan istifadə etmək məcburiyyətində qalıb. Buna cavab olaraq etirazçılar polisin üzərinə daşlar, yandırıcı maddələrlə dolu şüşələr və hətta əldəqayırma bombalar yağdırmağa başlayıb. Nümayiş iştirakçıları banklardan birinin ofisini dağıdıb, bundan sonra yolu zibil kisələri ilə bağlayaraq onlara od vurub.
Xatırladaq ki, avqustun 31-də Braziliyanın Federal Senatında (parlamentin yuxarı palatası) bir müddət əvvəl prezident vəzifəsindən müvəqqəti kənarlaşdırılmış Dilma Roussefin impiçmenti ilə bağlı səsvermə keçirilib.
Cenatorlar 61 səs lehinə, 20 səs əleyhinə olmaqla Dilma Roussefin impiçmentini dəstəkləyiblər. Beləliklə, Rousseffin 13 illik hakimiyyətinə son qoyulub. Ölkəyə rəhbərliyi isə növbəti prezident seçkilərinədək, yəni, 2018-ci ilin sonunadək vitse-prezident Mişel Temer həyata keçirəcək.
Prezident kimi and içən Mişel Temer bu vəzfəni 2019-cu ilin 1 yanvarınadək tutacaq. Uzun sürən impiçment dövründə də ölkəyə sağ təmayüllü Demokratik Hərəkat Partiyasından Temer rəhbərlik edirdi.
Impiçment prosesi bir zamanlar Roussefin rəhbərlik etdiyi ən iri neft kompaniyasında miqyaslı maliyyə fırıldağının üstü açılandan sonra başlayıb. O, həmçinin iki il əvvəl prezident postuna ikinci müddətə seçildiyi zaman ölkənin həqiqi büdcə kəsirini gizlətməkdə ittiham olunur.
Bəzi ölkələrin liderləri Roussefin impiçmentini dövlət çevrilişi hesab edirlər. Artıq Venesuela, Boliviya və Ekvador öz səfirlərini Braziliyadan geri çağırıb.
Təhlilçilər deyirlər ki, xanım Roussef bu prosesdə özünün siyasi gələcəyi üçün mühüm olan qələbə qazana bilib. Senatda onun siyasətdən 8 il müddətinə uzaqlaşdılmasına dair qərar səsvermədən keçməyib.ÿBeləliklə, xanım Roussef ən azı nəzəri baxımdan hakimiyyətə qayıda bilər.
Məhz buna görə də qərardan apellyasiya verən Roussef tərəfdarlarına deyib ki, “mən sizə xudahafiz demirəm, çox əminliklə “hələlik” deyirəm”.ÿ O deyib ki, ölkədə “parlament çevrilişi” baş verib.
Xanım Roussef ötən mayda Senat onun impiçmenti prosesinə başlamaq qərarını qəbul edəndən bəri vəzifələrinin icrasından kənarlaşdırılmışdı. O, hökumət büdcəsinin bir sektorundakı vəsaiti büdcənin başqa sektoruna keçirməklə büdcəni manipulyasiya etməkdə ittiham olunurdu.
Tənqidçilər deyirdilər ki, prezident mühüm sosial proqramlardakı kəsiri aradan qaldırmaq üçün belə bir vasitəyə əl atıb.



