ulduz fali

BÜRCLƏR – 02.09.2016

«AZADLIQ»IN RƏSƏDXANASI

QOÇ

Problemlərin həllinə yaradıcı yanaşın. Yaxın ətrafınızdakı insanların sizi dəstəkləməyəcəklərinə hazır olun. Sərt tənqidlər eşidəcəksiniz. Irad və tənqidlərə aqressiv reaksiya nümayiş etdirməyin. Belə davransanız, münaqişə və qarşıdurmalar yarana bilər.

BUĞA

Düşünülməmiş addımlar atmayın. Əsas məsələ emosional müvazinətdir. Nikbin və qətiyyətli olsanız, uğur əldə edəcəksiniz. Axşam saatlarında normal istirahət etməyə çalışın.

ƏKİZLƏR

Yerinə yetirilməsi ilə bağlı azacıq şübhənizin olduğu öhdəliklərə boyun olmayın. Uzunmüddətli əməkdaşlıqla bağlı anlaşma və sənədlərin imzalanması məsləhət deyil. Texnoloji fəaliyyətlə məşğulsunuzsa, gün uğurlu olacaq.

XƏƏNG

Hüquq mühafizə orqanları və əmlak məsələlərini tənzimləyən qurumlardan birinin təmsilçisi ilə ünsiyyətdə olacaqsınız. Münasibətlər gərginləşəcək. Yaxın ətrafınızdakı insanlarla münaqişə etməmək üçün ehtiyatlı və səbrli davranmalısınız. Mənfi emosiyalarınıza nəzarət edin. Axşam saatlarını dostlarla keçirin.

ŞİR

Məsləhətlərə qulaq asın. Deyilənləri dinləsəniz, peşəkar fəaliyyət müstəvisində irəliləyiş və mövcud problemlərin çözülməsi ilə bağlı həll variantlarını aşkarlaya bilərsiniz. Günün ilk yarısında həddən artıq intensiv zəhmət tələb edən iş olacaq.

QIZ

Müzakirələrdə opponentlərinizi üstələyə bilərsiniz. Mübahisələrdə aqressivlik etməyin. Alış-verişdə çox pul xərcləməyin. Insanların gur olduğu yerlərə yollanmayın. Axşam saatlarını dəyər verdiyiniz insanlarla keçirin. Səhhətinizin qeydinə qalın, rasiona fikir verin.

TƏRƏ

Zərərli vərdişlərdən birindən yaxa qurtarmaq üçün əlverişli zamandır. Pəhrizə başlamaq, qidalanma sistemini nizamlamaq olar. Idmanla məşğul olmağa başlaya bilərsiniz.

ƏQRƏB

Maliyyə məsələlərinin həlli üçün əlverişlidir. Günün ikinci yarısında isə yaxınlarınızdan birinin sizə iradları olacaq. Emosional davranmayın, təmkinli olun və belədə münaqişəyə yol verməyəcəksiniz. Axşam saatlarına yaxın yorğunluq hiss edəcəksiniz. Sağlamlıqla bağlı kiçik problem istisna deyil.

OXATAN

Uğurlu gündür. Planlarınızdan birini sürətlə reallaşdıra bilərsiniz. Qəfil hədiyyə, təklif və ya sifariş istisna deyil. Yeni dostlar tapa bilərsiniz. Yaradıcılıq fəaliyyəti ilə məşğulsunuzsa, kreativ davranın.

OĞLAQ

Yaxın ətrafınızda olan insanlara təsir edin. Situasiyadan yararlanaraq görüş planlaşdırın, münaqişəni çözməyə, anlaşılmazlığı aradan qaldırmağa çalışın. Axşam saatlarında eqoizmə yer olmamalıdır.

DOLÇA

Karyeranız üçün əlverişli zamandır. Humanitar sahədə fəaliyyət göstərirsinizsə, çoxdankı planlardan birini gerçəkləşdirə bilərsiniz. Özünüzdən bədgüman olmayın. Improvizə edin, şəraitdən asılı olaraq planlara dəyişikliklər edin.

BALIQLAR

Önəmli görüş zamanı sayıq və diqqətli olun. Axşam saatlarında əhvalınız pisləşə bilər. Orqanizminizin qeydinə qalın. Normal istirahət etməyə çalışın. Alış-veriş etmək olar.