BP: 2017-ci ildə neftin qiyməti 50 dolları ötməyəcək

neftBP şirkətinin rəhbəri Robert Dadli 2017-ci ildə neftin qiymətini bir barel üçün 50 dollar səviyyəsində proqnozlaşdırıb.

Bu barədə o, Şərq İqtisadi Forumunun (ŞİF-2016) kuluarlarında jurnalistlərə açıqlamasında bildirib.

“Düşünürəm ki, qiymət tarazlaşıb. Fikrimcə gələn il bir barelə görə 50 dollar və ya ona yaxın olacaq”, – deyə o bildirib.