AXCP sədri Əli Kərimli facebook səhifəsində son günlər ölkədə yaşanan dollar qıtlığından yazıb:
“Banklar bu gün dollar satışını dayandırdılar. Bilirsiniz bu nə deməkdir? Bu o deməkdir ki, ölkənin maliyyə sistemi çöküb, manatı məhv ediblər, indi onu “süni nəfəs aparatına” qoşublar ki, “öldüyünü” xalqdan gizlətsinlər. Bankların dollar satmaması o deməkdir ki, tezliklə ölkəyə xaricdən valyuta ilə gətirilən malların qıtlığı yaranacaq, qiymətlər daha da qalxacaq, manat n-ci dəfə devalvasiyaya məruz qalacaq. Və bütün bunlar hamısı yalnız 10 il ərzində sadəcə neft satışından 135 milyard dollar gəlir əldə etmiş ölkədə baş verəcək. Əziz həmvətənlər, bu qədər acgözlüyə, bacarıqsızlığa, bu böyüklükdə korrupsiyaya artıq susmaq mümkün deyil. Susmayın, Milli Şuranın təşkil etdiyi mitinqə gəlin, dinc etirazınızı hökumətə çatdırın”!