Türkiyədə 820 hərbçi ordudan qovulub

turkiye genelkurmayTürkiyədə Fətullahçı Hərəkatla  (FETÖ) bağlı aparılan istintaq çərçivəsində Quru və Dəniz Qüvvələrinin 820 hərbi qulluqçusu ordudan xaric edilib.

Çıxarılmış 648 hərbçi hərbi çevrilişlə əlaqələri olduğuna görə həbs edilib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.