merkezibank

Mərkəzi Bankın valyuta ehtiyatları bir ildə 42,7% azalıb

merkezibankAzərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatları artıb. AMB-nin açıqladığı statistikaya əsasən, 2016-cı il avqust ayının 31-ə tənzimləyicinin sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 4 mlrd. 192,5 mln. ABŞ dolları olub.  Bu, avqust ayının əvvəli ilə müqayisədə 0,7% və ya 29,6 mln. dollar artım deməkdir. Ötən ilin analoji dövrü ilə müqayisə etsək, AMB-nin sərəncamında olan valyuta ehtiyatlarının həcmində 42,7% azalma qeydə alınıb. 2015-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $5 mlrd. 16,7 mln. təşkil edib. Beləliklə, bu ilin yanvar-avqust aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 16,4% azalıb.