Kiyev məhkəməsi Şoyqunun həbsinə icazə verdi

shoyquKiyevin Peçerskiy Rayon Məhkəməsi Rusiya müdafiə naziri Sergey Şoyqunun həbs olunmasına icazə verib.

Belə bir qərar avqustun 26-da verilib.

Xatırladaq ki, Ukrayna Baş Prokurorluğu avqustun 22-də Şoyquya qarşı cinayət işi açıb. O, dövlət çevrilişinə və terror təşkilatı yaratmağa cəhddə, həmçinin müharibə təbliğatı və bir sıra digər cinayətlərdə təqsirləndirilir. Yeri gəlmişkən, prokurorluq Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedevə qarşı da cinayət işi açmağa hazırlaşır.