Türkiyədə Ramil Usubovla “FETÖ” müzakirələri

ramil_usubovDaxili işlər nazirin Ramil Usubov Türkiyəyə rəsmi səfər edib. Ramil Usubov qardaş ölkənin daxili işlər naziri Əfqan Ala ilə görüşüb. Türkiyə mətbuatında verilən şərhlərdən gəlinən nəticə budur ki, Ramil Usubovun Türkiyəyə səfərinin əsasını Fətullah Gülən məsələsi təşkil edir. Çünki mətbuatda Türkiyə tərəfinin Azərbaycan hökumətinə hazır siyahı göndərdiyi xəbərləri yer alırdı. Nazirlər görüşün ardından birlikdə mətbuat konfransı keçirib.

Türkiyə daxili işlər naziri Əfqan Ala görüşdən sonra mətbuata açıqlamasında bildirib ki, Azərbaycan-Türkiyə münasibətlərində terrorla mübarizə məsələsi əsas məsələdir. Bu “FETÖ”-nun da ölkəmizdəki fəaliyyətinin davamlı olaraq sonlandırılması, birdəfəlik olaraq məhv edilməsi istiqamətində də işbirliyimiz davam edəcək. Bundan sonra məlumat alış-verişi, gizli məlumatların paylaşması istiqamətində də birlikdə hərəkət edəcəyik.

Azərbaycan daxili işlər naziri Ramil Usubov isə açıqlamasında bildirib ki, 15 iyun qiyam cəhdinin ardından görülən işlərin müzakirə edilməsi və bundan sonra atılacaq addımların müzakirəsi üçün Türkiyəyə gəlib. O, “FETÖ”-nun Azərbaycandakı qanadına qarşı lazımi səviyyədə tədbirlər görüləcəyini və bu problemlərin ortadan qaldırılması üçün üzərimizə düşən nə varsa yüksək səviyyədə yerinə yetiriləcəyini bildirib.

azadliq.info