Frankfurt hava limanında terror həyacanı

almaniya polisAlmaniyanın Frankfurt şəhərindəki Hava Limanında terminalların birində partlayış təhlükəsi səbəbindən sərnişinlər təxliyə edilir. Bu barədə Bild nəşri məlumat yayıb. Partlayıcı maddənin qadın sərnişinlərdən birinin əşyaları arasında olduğu güman edilir. Şübhəli bilinən qadını hələlik tapmaq mümkün olmayıb. Yoxlamalar səbəbindən uçuş vaxtlarında gecikmələrin olacağı deyilib.

azadlıq.info