Rusiya aviaşirkətlərinin Azərbaycana uçuş icazəsi ləğv edilib

teyyareRusiya Federal Hava Nəqliyyatı Agentliyi yeddi aviaşirkətin Azərbaycan şəhərlərinə uçuşlarına verilmiş icazələrini geri götürüb.

Agentliyin yaydığı məlumatda deyilir ki, söhbət “Koqalımavia”, “Yamal”, “Saratob hava yolları”, “YuTeyr”, “İjavia”, “Taymır” və “VİM-AVİA” şirkətlərindən gedir.

Buna səbəb kimi həmin şirkətlərin icazə aldıqdan sonra Azərbaycana uçuşlar həyata keçirməməsi olub.