Vergilər Nazirliyinin xəbərinə görə, ABŞ-ın «Booz Allen Hamilton Inc.» şirkətinin Azərbaycandakı filialı ləğv olunur.
Turan-ın məlumatına görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nizami küçəsi, 90A ünvanındakı «Landmark» biznes mərkəzinin VIII mərtəbəsində yerləşən «Baker and McKenzie – CIS, Ltd.» şirkətinə bildirə bilərlər.
Mənzil-qərargahı ABŞ-ın Virciniya ştatında olan «Booz Allen Hamilton Inc.» məsləhət şirkəti idarəetmə və texnologiya xidməti göstərir.
«Forbes Blog» 2011-ci ildə bu şirkəti Pentaqonun hazırladığı məxfi computer proqramını Azərbaycan hökumətinə verməkdə günahlandırmışdı. Jurnal bildirib ki, bu proqram Azərbaycan hökumətinə social şəbəkələrdə təxəllüslə yazan müxalifətçilərin tapılmasında yardım etmək üçün hazırlanıb.



