ulduz fali

BÜRCLƏR – 24.08.2016

«AZADLIQ»ın RƏSƏDXANASI

QOÇ

Şəxsi həyatında dəyişiklik etmək istəyənlərin bu gün xoşuna gələcək. Arzuların həyata keçməsi üçün xüsusi bir şey etmək lazım deyil – uğur özü qarşınıza gəlir. Bir çox “Qoç”lar bu gün düşünülməmiş, amma yerində və düzgün qərar verəcəklər.

BUĞA

Qeyri-adi, heyrətamiz hadisələr baş verəcək. Həyat tamamilə başqa bir axarla davam edir və bundan qorxmaq lazım deyil. Öz intuisiyanıza güvənin, məhz o, sizə dəyişikliklərə necə uyğunlaşmağı diktə edəcək. Bir dəqiqə də olsun, özünüzə inamınızı itirməyin. O, nəinki sizə uğur gətirəcək, həmçinin qarşı cinsin nümayəndəsinin diqqətini də cəlb edəcək.

ƏKİZLƏR

Tanışlarınızın əksəriyyəti bu gün yeni eşqə düşəcək. Ehtiraslı və başgicəlləndirən roman yaddaqalan olacaq. Təsadüfi deyil “Əkizlər” macəra ovuna çıxıblar, ovları da öz ayaqları ilə hüzurlarına gəlir.

XƏƏNG

Maliyyə problemləri mümkünür. Düzdür, çox pul itirməyəcəksiniz, amma onlar lazım olan anda əlinizdə olmayacaq. Ola bilər ki, uğursuz alış-veriş edəsiniz.

ŞİR

Həyatınızda gözlənilməz dəyişikliklər baş verir, hadisələrin adi axarı dəyişir, yoxlanılmış üsullar artıq kara gəlmir. Təcili nəsə yeni bir çıxış yolu tapmalısınız, amma siz çaşqınlıq içərisindəsiniz və yaxşı ideyalar bu gün ağlınıza gəlmir. Sizin bütün həyatınızdan xəbəri olan bir şəxslə məsləhətləşməyiniz vacibdir.

QIZ

Istənilən iş bu gün faydalı olacaq. Intellektual potensialınız yüksəkdir. Bu, ən mürəkkəb məsələləri həll etməkdə sizə kömək edəcək. Siz şəksiz lidersiniz, bunu bu gün görüşəcəyiniz bütün şəxslər sezərək qiymətləndirəcəklər. Özünüzə həmfikir ordusu toplayaraq hansısa yaradıcı layihənin gerçəkləşdirilməsinə başlaya bilərsiniz.

TƏRƏ

Ideyalarınız nə qədər cəsarətlidirsə, başqalarının təqdirini qazanmaq şansları da bir o qədər çoxdur. Başqa insanları da diqqətdən kənarda saxlamaq istəmirsiniz. Bir çox “Tərəzi”lərdə başqalarına yardım etmək həvəsi güclənəcək. Ictimai və siyasi fəaliyyətə maraq da artacaq.

ƏQRƏB

Sərbəstlik və azadlıq istəyi çoxalır və bu hisslər bir çox Əqrəblər düşünülməmiş addımlar atmağa vadar edir. Köhnə əlaqələrin qırılması ehtimalı var, özünüzə ən yaxın bildiyiniz biriylə də qarşılıqlı anlaşma itə bilər. Sövdələşmələr, irihəcmli müqavilələrin bağlanması üçün uyğun gündür. Əntiq mallar, zərgərlik əşyaları ala bilərsiniz.

OXATAN

Bu gün sürpriz qonaqlıqlar günüdür. Ola bilsin heç gözləmədiyiniz adamlar sizə qonaq gəlsinlər, yaxud da siz kimisə ziyarət etməyə qərar verəsiniz. Rahat, qeyri-formal şəraitdə istənilən problemi, istirahət planlarından tutmuş biznes-layihələrədək bir çox məsələni müzakirə edə bilərsiniz.

OĞLAQ

Günün emosional fonu gərgindir, siz əsəbi və narahatsınız. Ətrafınızdakılarla ümumi dil tapmaq çətindir, ailə üzvləri və yaxınlarınızla fikir ayrılığı yaranır. Insanlar sizə nə qədər çox maraq göstərirlərsə, bir o qədər çox əsəbiləşirsiniz.

DOLÇA

Cari məsələlərin həlli üçün münasib gündür. Darıxmağa vaxtınız yoxdur, çünki problemlər müntəzəm olaraq peyda olacaq. Qeyri-standart situasiyalarda isə inandığınız bir şəxsin məsləhətlərindən istifadə edin. Bir çox Dolçalar üçün belə şəxs ya sevgililəri, ya da yaxın qohumları ola bilər.

BALIQLAR

Günün birinci yarısı aldığınız xoşagəlməz xəbər sizi çaşdıracaq və səhv qərar qəbul etməyinizə səbəb olacaq. Özünüzü ələ alın, soyuqqanlı olun, yoxsa bu şəraitdən çıxmaq çətin olacaq.