Türkiyədə daha bir dəhşətli terror: 51 ölü, 94 yaralı FOTO VİDEO

turkiye-toy-terror

Türkiyənin Qaziantep vilayətində toy mərasimi zamanı terror aktı törədilib. Şahinbəy rayonunun Beybahçə məhəlləsində baş verən partlayış zamanı 51 nəfər ölüb, 94 nəfər yaralanıb. Qaziantep valisi Əli Yerlikaya bildirib ki, teraktdan sonra bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib. Hadisə terrorçu kamikadzenin özünü partlatması nəticəsində baş verib. Partlayışdan sonra Qaziantepin mərkəzi küçə və meydanlarında terror əleyhinə etirazlar başlanıb. Türkiyə bayrağına bürünən vətəndaşlar terrorçuları lənətləyən şüarlar səsləndiriblər.

Prezident Rəcəb Tayyib Ərdoğan həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib. O bildirib ki, 30 ildən çoxdur davam edən PKK terrorları, 15 iyulda baş vermiş dövlət çevrilişinə cəhd xəyanəti və IŞID terrorçu-kamikadzelərinin həyata keçirdikləri qanlı hadisələr Türkiyə xalqının birliyinə yönəlmiş təxribatlardır. Və Türkiyə milləti mətinliklə bu təxribatların qarşısını almaqdadır.

Türkiyə prezidentiÿ Qaziantep terrorunun 12-14 yaşlı canlı bomba tərəfindən törədildiyini bildirib. Ərdoğan deyib ki, toy mərasimində 12-14 yaşlı uşaq özünü partladıb, yaxud uşağın üzərindəki partlayıcı qurğu kənardan işə salınıb.

R.T.Ərdoğan hüquq-mühafizə orqanlarının ilkin versiyasının partlayışın IŞID tərəfindən törədildiyi olduğunu da diqqətə çatdırıb.

Türkiyənin Radio və Televiziya Ali Təşkilatı (RTÜK) əhali arasında çaşqınlıq yaranmaması üçün terrorla bağlı canlı yayımlara müvəqqəti qadağa qoyub.

Qaziantepdəki terror aktından sonra ərazidə axtarış aparılarkən terrorçu-kamikadzelər üçün nəzərdə tutulan bir ədəd partlamamış cilet aşkar edilib. Bu barədə Qaziantep vilayətinin Baş prokurorluğu məlumat yayıb.

Roma Papası Fransisk Qaziantep teraktını qəddar sui-qəsd adlandırıb və dünən ənənəvi ibadətÿmərasimi zamanı dindarlara müraciətində onları məlum hadisə nəticəsində həyatını itirənlərə dua etməyə çağırıb(apa).

Roma Papası Allahdan dünyaya sülh bəxş etməsini istəyib.

https://www.youtube.com/watch?v=qEqXFxT_VSI

https://www.youtube.com/watch?v=DjujJKy9VIg

https://www.youtube.com/watch?v=ddHdN2DZa_4

https://www.youtube.com/watch?v=Wpv2xtjO08s

https://www.youtube.com/watch?v=ynTG7jHCp2U

https://www.youtube.com/watch?v=PSvXi-WOoMI