“Şərəf” ordenli Hikki

patrik-hikki-aliyevXalqdan alınıb dələduzlara verilən neft milyonları

Azərbaycan hökuməti çox “uzaqgörən”dir. Dünyanın harasında dələduz, korrupsiyaya meylli adam varsa, hökumətimiz bu adamları dərhal gözaltı eləyir. Uzun illər ərzində müxtəlif beynəlxalq təşkilatlarda da belə adamların hesabına öz təbliğatlarını aparıblar, ölkə həqiqətlərini gizlətməyə çalışıblar. Məsələn, “Kürü diplomatiyası” bunun bariz nümunəsidir. Yaxud AŞ PA-da olan italiyalı deputat Luko Volonteyə 2.4 milyon avro rüşvətin verilməsini xatırlaya bilərik.

Bugünlərdə isə məlum oldu ki, hökumətin gecə-gündüz təbliğ etdiyi, böyük uğur kimi tiracladığı Avropa Oyunlarının “ata”sı da dələduz imiş. Bəli, Irlandiya Milli Olimpiya və Avropa Olimpiya komitələrinin prezidenti Patrik Hikki qanunsuz bilet satışında şübhəli bilinərəkÿRio-de-Janeyroda həbs edilib. 71 yaşlı Hikkiÿbiletləri onları çox baha qiymətə satan üçüncü tərəfə ötürməkdə şübhəli bilinir. Polisin bildirdiyinə görə, Hikkiÿhəbs edilərkən qaçmağa cəhd göstərib.

Bu həmin Patrik Hikkidir ki, ötən ilin yayında Bakıda keçirilən ilk Avropa Oyunlarının əsas təşkilatçısı olub.ÿAvropa Oyunlarının təşkili onun ideyası sayılır. Hikki ötən il iyunun 17-dəprezident IlhamÿƏliyevin sərəncamı iləÿ”Şərəf” ordeni iləÿtəltif olunub.

Yəqin ki, Hikkinin cinayət işləri araşdırılarkən Azərbaycandakı fəaliyyətinə də işıq salınacaq. Mümkün deyil ki, 7-8 milyard dolların xərcləndiyi yarışmaya atalıq edən adamın hansısa maxinasiyaları olmasın. Yəqin ki, qarşıda daha maraqlı xəbərlərin şahidi olacağıq.

Insanı hiddətə gətirən Hikkinin dələduzluq etməsi deyil, insanı dəhşətə gətirən budur ki, Azərbaycanın pullarından  ölkə vətəndaşından başqa hamının bəhrələnmək şansı var. Ölkənin ən nüfuzlu təltiflərinə ən nüfuzsuz adamlar layiq görülür. Bakıda “Şərəf” ordeni almış adam Braziliyada “şərəfsiz adam” kimi həbs olunur.

Bəli, Ledi Qaqadan tutmuş Hikkiyə qədər, Roma Papasından tutmuş Jirinovskiyə qədər, futbol komandalarından tutmuş erməni kilsələrinə qədər hamı Azərbaycanın neft pullarından nəsibini alıb. Amma Azərbaycan vətəndaşı 23 ildir neft pullarına tamaşa edib səfalətə adaptasiya olunmaqla  məşğuldu.

Əslində, Avropa Oyunlarına məhz Hikkinin rəhbərlik etməsi təsadüfi deyil. Yuxarıda da qeyd etdiyimiz kimi, korrupsiya pullarını əməlisaleh, bioqrafiyası təmiz olan adamlar yeyə bilməz. Amma Hikki təcrübəsi də göstərdi ki, xalqın ah-naləsi üzərində milyonlar qazanıb əbədi xoşbəxt olmaq mümkün deyil. Bir gün bu xalqın haqqını yeyənlərin hamısı layiq olduğu yerdə olacaqlar. Xalqın bədbəxtliyi üzərində xoşbəxtlik qurulmasının acı sonluğu mütləq olacaq.

Bir sözlə, başımıza Avropa Oyunlarını açanın öz başına oyun gəldi. Bir daha sübut olundu ki, bu hökumətin bütün oyunları “çirkin oyunlar” kateqoriyasına aiddir.

P.S. Hüsnü Mübarək hakimiyyət kürsüsündən düşdükdən sonra Bakıdakı heykəli də yoxa çıxdı. Yəqin hökumətimiz Hikkiyə təmtəraqla təqdim etdiyi “Şərəf” ordenini də geri alacaq.

İlham