Azərbaycandan xaricə kapital axınının qarşısını necə almalı?

kapital-axiniAzərbaycan kapitalının ölkədən çıxarılıb xaricə daşınması prosesi davam edir. Bu siyahıda Gürcüstan yenə də ön sıradadır. Ötən il Azərbaycan bu ölkənin iqtisadiyyatına 550 milyon dollar birbaşa investisiya yatırıb. Bura özəl sektor vasitəsilə yatırılan investisiyalar da daxildir. Onu da qeyd edik ki, Azərbaycanın yatırdığı investisiya Gürcüstana il ərzində qoyulan xarici investisiyaların 35 faizini təşkil edib.

Azərbaycan Türkiyə, Rusiya və Avropa ölkələrinə də investisiyalar yatırır.

Yeri gəlmişkən, vaxtilə Islandiya da ağır iqtisadi böhranla üzləşmişdi. Lakin Islandiyanın böhrandan çıxmasında ən vacib addım ölkədən kapital axınının qarşısının alınması oldu.

oqtay-haqverdiyev

Iqtisadçı-ekspert Oqtay Haqverdiyev deyir ki, Azərbaycanda iş qurub fəaliyyət göstərən xarici şirkətlərin harasa kapital yönləndirməsinin qarşısının almaq mümkün deyil. Ekspert hökumətin bəlli öhdəliklərinin olduğunu da yada salır. O, səfirliklərin saxlanmasına, qiymətli kağızların  alınmasına, beynəlxalq təşkilatlara üzvlük haqlarına külli miqdarda pul getdiyini deyir: “Neftin qiyməti yüksək olanda balans əksinə idi. Ölkəyə daha çox kapital gəlirdi. Indi isə tamam əks vəziyyət yaranıb. Gəlirlər kəskin şəkildə azalıb. Dövlət büdcəsi də yerinə yetirilmir. Xaricdə investisiya yatırmağa qadağa qoymaq isə heç cür mümkün deyil. Investorlar iş qurub harasa investisiya yatırırsa, bunun qarşısı necə alına bilər? Belə bir halda, ölkədən çıxan kapitalın həcmi də çox olacaq”.

Nigar