Bu gün 6 saylı Cəzaçəkmə Müəssisəsində Qarabağ qazisi, AXCP Rəyasət Heyətinin üzvü Asif Yusiflinin məhkəməsi keçirilib. Nizami royon məhkəməsinin hakimi Mətanət Hacıyevanın sədrliyi ilə keçən prosesdə Cinayət Məcəlləsinin 178-ci maddəsində edilən dəyişikliyə görə Asif Yusiflinin cəzasının dəyişdirilməsi məsələsinə baxılıb. Vəkil Fəxrəddin Mehdiyevin bildirdiyinə görə, onun barəsində maddənin tövsifi 178.3.2-dən 178.2-yə dəyişdirilib. Lakin həbs müddəti 6 il olaraq saxlanılıb. Yeni maddənin sanksiyasında 5 min manata qədər cərimə və 3 ildən 7 ilədək həbs nəzərdə tutulurdu. Vəkil bildirib ki, Asif Yusiflinin şəxsiyyəti nəzərə alınmaqla ən azından onun cəzası azaldıla bilərdi. Lakin hakim bunu nəzərə almayıb. Qərardan yaxın günlərdə apellyasiya şikayəti veriləcək.

Asif Yusiflinin maddəsi dəyişsə də cəzası dəyişmədi
•


