“Qəbələ” qalib gəldi, “Qarabağ” məğlub oldu

qebele futbolBu gün Avropa Liqasında “pley-off” mərhələsinin ilk görüşləri keçirilib.Təmsilçimiz “Qəbələ” Sloveniyanın “Maribor” klubunu qəbul edibş Bu görüşdə “Qəbələ” 3:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 25-i keçiriləcək.

***

“Qarabağ” bu mövsüm Avropa Liqasında ilk oyununa çıxıb. Çempionlar Liqasının III təsnifat mərhələsində Çexiyanın “Viktoriya” klubuna məğlub olaraq mübarizəni Avropa Liqasında davam etdirən Ağdam klubu “pley-off” mərhələsində İsveçin “Göteborq” klubu ilə qarşılaşıb.  Bu görüşdə “Qarabağ” 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 25-i keçiriləcək.