ulduz fali

BÜRCLƏR – 18.08.2016

«AZADLIQ»ın RƏSƏDXANASI

Qoç – bu gün daha çox romantik görüşlər üçün münasibdir. Ulduzlar tənha “Qoç”lara sevgi macəraları vəd edirlər. Artıq sevənlər isə münasibətlərə yeni və hər iki tərəf üçün xoş nəsə əlavə edə bilərlər. Həyat potensialı yüksəkdir. Gün nə qədər zəngin olsa da, axşam yorğunluq hiss etməyəcəksiniz.

Buğa – bu gün faydalı işlərlə məşğul olmaq alınmayacaq. Bekarçılığa meyllilik çox güclü olacaq. Buğalar pulla asanlıqla vidalaşırlar. Odur ki, əbəs xərclər ehtimalı yüksəkdir.

Əkizlərəgər sağlam düşüncə ilə hərəkət etsəniz və enercinizi dinc məcraya yönəltsəniz, gün çox məhsuldar keçəcək. Ailə üzvləri ilə mübahisələr mümkündür. Nədənsə ətrafdakıları öz ideyalarınıza “yoluxdurmaq” o dəqiqə alınmır.

Xəəng – bəla burasındadır ki, siz çox tez “qaynayır”sınız: soyuqqanlılığı qorumaq daha yaxşı olardı. Ziddiyyət ruhu çox güclüdür. Bu, şəxsi həyatdakı hadisələrə təsir edəcək. Bir çox “Xəəng” bu gün bilə-bilə ümidsiz münasibətlərə başlamağa meyllidirlər.

Şir – gün uğursuz olacaq. Bunun əsas səbəblərindən biri impulsivliyinizdir. Siz olduqca tez-tez, özü də vaxtsız şəkildə emosiyalarınıza azadlıq verirsiniz, ətrafdakılarla münasibətlər göz görə-görə korlanıb. Bürcün bir sıra nümayəndələri kəskin, ürək sındıran ifadələr işlədir, sonra isə peşiman olurlar.

Qız – vacib adamlarla görüş üçün münbit gündür. Iş adamları sərfəli sövdələşmələrə gedə bilərlər. Bu gün çətinlikləri asanlıqla dəf edəcək, istənilən sınaqdan uğurla çıxacaqsınız. Yeni nəyisə sınamaq və əvvəllər bacarmadığınız şeylər öyrənmək üçün yaxşı gündür.

Tərəzi – istisnasız olaraq ağıllı, yaxşı təhsilli adamlarla ünsiyyətdə olun. Vacib xəbərlərin alınması mümkündür. Kübar və ictimai tədbirlərdə iştirak mümkündür. Siz insanlarla asanlıqla dil tapacaq, ətrafdakıların rəğbətini qazanacaqsınız.

Əqrəbəqli əmək, maraqlı fəlsəfi mövzularda düşüncələr üçün əlverişli gündür. Təhsildə və elmi tədqiqatlarda uğur ehtimalı yüksəkdir. Ciddi ədəbiyyatın mütaliəsi, eləcə də, dünyagörüşünün artırılmasına yardım edən digər məşğuliyyətlər tövsiyyə olunur. Yeni tanışlıqlar qurmaq olar

Oxatan – yaxınlarla münasibətlər baxımından o qədər də asan gün deyil. Sizin başa düşməyəcək, tənqid edəcək, xətrinizə dəyəcəklər. Siz isə bunun cavabında nəinki müdafiə olunacaq, əks-hücuma keçəcəksiniz. Vaxtında dayanmağa çalışın. Yoxsa, özünüzü çıxılmaz vəziyyətə sala bilərsiniz.

Oğlaq – bu gün çox maraqlı olacağını vəd edir. Siz kənar təsirlərə çox həssassınız, istənilən şəraitə uyğun əhval-ruhiyyəyə ildırım sürətilə düşürsünüz. Bir çox Oğlaqlar özlərində gözlənilməz istedad və qabiliyyətlər aşkarlayacaqlar.

Dolçaətrafdakılarla münasibətlərdə problemlər mümkündür. Siz ifadələrinizdə çox sərt, bəzən nəzakətsiz, demək olar ki, həmişə kobudsunuz. Bir qədər yumşaq olun. Bu, incikliklərdən və digər problemlərdən yayınmaqda yardım edəcək.

Balıqlar – sizinlə manipulyasiya etmək çox asandır. Siz xoşunuza gələnlərə o qədər tez inanırsınız ki, bəziləri bundan istifadə etməyə bilmirlər. Hərdən intuisiyanız sizə ehtiyatlı olmağı məsləhət görsə də, siz buna qulaq asmağı lazım bilmirsiniz. Kommersiya fəaliyyətində uğursuzluq ehtimalı çox böyükdür. Sövdələşmələrdən çəkinmək tövsiyə olunur.