Əhalinin pul gəlirləri üzrə itkilər 7,5 milyard dolları üstələyib…

nemet-eliyevİqtisadçı ekspert Nemət Əliyev Facebook səhifəsində son aylar əhalinin gəlirlərinin kəskin azalmasından yazıb:

“Yanvar-iyul aylarında azalma 31%-dən çox olub. Cari ilin sonunadək bu göstərici üzrə 13 milyarda yaxın itki gözlənilir. Xatırladaq ki, əhalinin 2014-cü ildəki pul gəlirləri 2015-ci il ərzində 9,7 milyard dollar və ya 19%-dən çox azalmışdı. Deməli, pul gəlirləri üzrə azalma 19%-dən 31%-ə yüksəlib. Ötən ilə nəzərən bu il itkilər daha da böyüyüb”.