Yaxud Azərbyacanda siyasi məhbus yoxdursa…
Hökumət sözçüləri o qədər yalan danışıblar ki, öz yalanlarına inanmağa başlayıblar. Eyni arqumentlərdən sallaşa-sallaşa bu arqumentləri əzbərləyiblər. O qədər reallıq hissin itiblər ki, acından ölən vətəndaşa “xoşbəxtlikdən öldü” diaqnozu qoya bilirlər.
Bu mənada yapçı deputat Siyavuş Novruzovun “peşəkar”lığına söz ola bilməz. YAP-ın siması olan bu adam deyib ki, Azərbaycanda siyasi məhbus yoxdur: “Azərbaycanda siyasi baxışlarına görə həbs olunan yoxdur. Kimsə qanun pozuntusuna yol verirsə, məsuliyyətə cəlb edilə bilər. Burada onun siyasi kimliyi önəmli deyil”- deyə Siyavuş Novruzov bildirib.
Bütün dünya Azərbycandakı siyasi məhbuslardan danışır, Avropa Məhkəməsi siyasi baxışlarına görə həbs edilmiş şəxslərlə bağlı qərarlar çıxarır, bunlar hələ də “Azərbaycanda siyasi məhbus yoxdur” deməkdən utanmırlar.
Əgər Azərbyacanda siyasi məhbus yoxdursa, müxtəlif ittihamalrla həbs olunmuş fəallara niyə siyasi əfv ərizəsi yazılır? Narkotika ittihamı ilə həbs olunmuş adama “pariyadan istefa verirəm”, “Siyasi fəaliyyətimi dayandırıram”, “Ilham Əliyevin siyasətini dəstəkləyirəm”, “siyasi fəaliyyətimə görə peşmanam” tipli ərizələr yazdırmağın mənası nədir? Əgər şəxs siyasi fəaliyyətinə görə həbs olunmayıbsa, bu adama işgəncə verib Əli Kərimli əleyhinə ifadə almaq nə deməkdir?
Əgər Azərbaycanda siyasi məhbus yoxdursa, siyasi məhbuslarla bağlı “Işçi qrup” niyə yaradıldı? Əgər Azərbaycanda siyasi məhbus yoxdursa, AŞ PA-da italyan deputata niyə 2.4 milyon avro rüşvət verilirdi? Əgər Ştrasserin siyahısı həqiqətə xidmət etmirdisə, bunu niyə sübut edə bilmirdiz?
Əgər Azərbaycanda siyasi məhbus yoxdursa, niyə bu adamların siyasi baxışlarına görə həbs edildiyi məhkəmədə sübuta yetirilir? Yaxud niyə bu adamların narkoman, xuliqan, vergidən yayınan, polisə müqavimət göstərən olduğu sübuta yetirilmir?
Niyə “Vətən xaini”, “Dövlət sirrini satan” kimi təqdim edilən adamlar azadlığa buraxılır? Əgər bu adamlar həqiqətən də vətənə xəyanət ediblərsə, onların azadlığa buraxılmasını heç bir beynəlxalq təşkilat tələb edə bilməz. Hökumət bu adamların vətənə xəyanətini niyə sübut edə bilmir?
Necə olur ki, eyni gündə şəhərin müxtəlif yerlərində 10 cəbhəçi “polisə müqavimət” ittihamıyla həbs olunur?
Əslində suallar və arqumentlər çoxdur. Amma bir neçə xatırlatma da kifayət edir ki, Azərbaycanın siyasi məhbus məsələsində rekord vurduğu aydın görünsün. Azərbaycanda 100-ə yaxın siyasi məhbus var və bunların sırası hər gün genişlənir.
Birdə ki, Siyavuş Novruzovun hüquqşünas olduğu ölkədə siyasi məhbusların olması zərurətə çevrilir. Bu hakimiyyət azadlıqların, qanunun aliliyinin düşmənidir. Deməli, bu ölkədə siyasi məhbusun olması qədər təbii heç nə yoxdur. Siyavuş Novruzova onu da xatırlatmaq istəyir ki, bu ölkədə qanunu pozanları həbs etmirlər. Qanun pozuntusuna etiraz edənləri həbs edirər. Əgər qanunu pozanlar həbs edilsəydi, milyonçuya çevrilmiş məmurlar, sifarişlə hökm çıxaran hakimlər, təyinatla mandat gəzdirən deputatlar olmazdı.
Samir