Banklarda dollar satışına məhdudiyyət

dollarBanklara dollar satışı ilə bağlı yeni məhdudiyyət qoyulub. Sumqayıt sakinlərindən fins.az-a daxil olan məlumata görə, bu gün nahardan sonra “AGBank” və “Bank Respublika”nın filiallarında dolların satışı dayandırılıb.

Maliyyə bazarından  əldə etdiyi məlumata  görə, artıq bir həftədir banklar bu məhdudiyyəti tətbiq etmək məcburiyyətindədirlər.

Məhdudiyyətin tətbiqi maliyyə bazarında dollara təlabatın kəskin artmasıdır.  Məlumatda bildirilib ki, hətta Mərkəzi Bank bankların dollar olan tələbatını ödəyə bilmir.

Mənbə bildirib ki, indi  bir nəfər şəxsiyyət vəsiqəsini təqdim etməklə 300 dollara qədər dollar ala bilər. İndiyə qədər isə bu rəqəm 500 dollar idi.

Qeyd edək ki, dünən Dövlət Neft Fondu növbəti dəfə hərracda banklara 50 milyon dollar satıb.  Mütəxəssislər isə bildiriblər ki, bu, bankların tələbindən dəfələrlə azdır. Hərracda bankların dollara olan tələbatı 600 milyon olub.

Dollara olan təlabatı az da olsa ödəməyə çalışan banklar xarici valyutanı əhalidən cəlb etməyə çalışır. Belə ki, onlar əhalidən dollar almaq üçün valyutanın alış kursunu artırıblar. Bu gün banklarda dolların alıç qiyməti 1.60-1.66 arasında dəyişib.

Kommersiya

bankının adı

ABŞ dolları
Alış Satış
1 “Accessbank” 1.6130 1.6810
2 “AFB Bank” 1,6124 1.6810
3 “AGBank” 1.6700 1.6809
4 “Amrahbank” 1.6500 1.6810
5 “Atabank”
1.6120
1.6768
6 “Azərbaycan Beynəlxalq Bankı” 1.5841 1.6810
7 “Azərbaycan Sənaye Bankı” 1.6100 1.6730
8 “Azər-Türk Bank” 1.6100 1.6746
9 “Bank Avrasiya” 1.6040 1.6745
10 “Bank of Baku” 1.6680 1.6810
11 “Bank BTB” 1.6110 1.6810
12 “Bank Respublika” 1.6160 1.6810
13 “Bank Silk Vey” 1.6160 1.6810
14 “Bank Standard” 1.6124 1.6765
15 “Bank VTB (Azərbaycan)” 1.6600 1.6810
16 “Caspian Development Bank” 1.6120 1.6800
17 “Dəmirbank” 1.6500 1.6810
18 “Expressbank” 1.6550 1.6810
19 “Günaybank” 1.6350 Satış yoxdur
20 “Xalq Bank” 1.6200 1.6740
21 “Kapital Bank” 1.5860 1.6810
22 İran Milli Bankının Bakı filialı 1.6300 1.6810
23 “Muğanbank” 1.6164 1.6811
24 “Naxçıvanbank” 1.6000 1.6600
25 “NBC Bank” 1.6100 1.6810
26 “Nikoyl Bank” 1.6120 1.6765
27 Pakistan Milli Bankının Bakı filialı 1.6000 1.6700
28 “PAŞA Bank” 1.6380 1.6810
29 “Rabitəbank” 1.6180 1.6810
30 “Turanbank” 1.6400 1.6810
31 “Unibank” 1.6670 1.6810
32 “Yapı Kredi Bank (Azərbaycan)” 1.5496 1.6784
33 “Zıraat Bank (Azərbaycan)” 1.6200 1.6810