Səbael rayon Məhkəməsində REAL hərakatının 2 üzvü barəsində inzibati həbs qərarı çıxarılıb.
Məhkəmə Toğrul İsmayılov və Elşən Qasımov barəsində 7 sutka həbs cəzası təyin edib.
***
REAL hərəkatının saxlanan gənc üzvləri Elşən Qasımovla Toğrul İsmayılovun Səbail Rayon Məhkəməsinə aparıldığı deyilir.
Bunu hərəkatın idarə heyətinin üzvi Rəsul Cəfərov bildirib.
«Dünəndən (avqustun 15-dən) 9-cu polis bölməsində olublar. 102 xidməti səhər hər iki gəncin valideynlərinə zəng edərək onların bu bölmədə olduqlarını deyib»,- Rəsul Cəfərov qeyd edib.